Metabolizmanı Sürətləndirən 4 Əsas Faktor

"O çox yeyir kökəlmir, mən az yeyirəm kökəlirəm" — sirr metabolizmadadır.

1. Əzələ Kütləsi

Əzələ yağa nisbətən daha çox kalori yandırır. Güc məşqi mütləqdir. Həftədə ən az 2-3 gün güc məşqi edin.

2. Gündəlik Hərəkət (NEAT)

Gündəlik atılan 10.000 addım passiv olaraq ciddi kalori yandırır. Lift əvəzinə pillələri seçin, maşın əvəzinə piyada gedin.

3. Zülal Qəbulu (Termik Effekt)

Bədən zülalları həzm etmək üçün karbohidratlara nisbətən daha çox kalori sərf edir. Hər öyündə zülal mənbəyi əlavə edin.

4. Yuxu və Stress

Gec yatmaq və stress kortizol (yağ toplayan hormon) səviyyəsini artırır. 7-9 saat yuxu şərtdir!

Bu 4 faktoru nəzərə alan fərdi proqram üçün mənə müraciət edin.