Diabet diaqnozu həyatın sonu deyil. Qidalanmanı tənzimləməklə dərman dozasını azaltmaq mümkündür.
Əsas Qaydalar
- Müntəzəm qidalanın — qan şəkərinin qəfil düşməsi/qalxmasının qarşısını alın.
- Ağ un və sadə şəkərləri lifli mürəkkəb karbohidratlarla (tam taxıl, tərəvəz) əvəzləyin.
- Hər öyündə zülal qəbul edin — şəkərin qana yavaş sorulmasını təmin edir.
- Porsiya ölçülərinə diqqət edin.
- Şəkər əlavəli içkilərdən tamamilə uzaq durun.
Diabet üçün xüsusi qidalanma proqramı üçün müraciət edin. Müalicə həkiminizlə əməkdaşlıq çərçivəsində tətbiq edilir.